Atlantik okeanının dibində sanki insan əli ilə qazılmış dəliklər aşkar edilib

88

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası idarəsinin mütəxəssisləri Atlantik okeanının dibində bir neçə qeyri-adi dəlik aşkar ediblər. 

Kəşf iyulun 23-də mütəxəssislər tərəfindən Atlantik okeanda, Azor adalarından şimalda, suyun təxminən 4,7 kilometr dərinliyində araşdırma apararkən edilib.

Milli Okean və Atmosfer Administrasiyası idarəsinin yayımladığı fotolarda dəliklərin düz qumlu səthdə olduğu müşahidə edilir.

Alimlər hələlik qeyri-adi tapıntını şərh etməyiblər.

“Biz bu bölgədəki çöküntülərdə bir neçə belə dəliklər dəstini müşahidə etdik, lakin onların mənşəyi sirr olaraq qalır. Onlar sanki insan tərəfindən yaradılmışdır. Çuxurların ətrafında az miqdarda çöküntü olduğuna görə, sanki onları nə iləsə qazıblar”, – qurumdan bildirilib.

Mənbə: Phys.org