Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb – FOTO/VİDEO

92

Bundan əvvəl Türkiyənin hərbi qurumu Birgə Koordinasiya Mərkəzinə istinadən bildirmişdi ki, taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşəcək.

“Qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayraqlı “Razoni” gəmisinin yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 09:30-da) Odessa limanını tərk edərək Livana getməsi barədə razılıq əldə olunub”, – qurumdan qeyd olunub.

Məlumata görə, Ukrayna taxılının daşındığı ilk karvan 16 yük gəmisindən ibarət olacaq. O, avqustun 2-də Türkiyənin ərazi sularına daxil ola bilər. Karvanı pilotsuz təyyarələr müşayiət edəcək. Bundan əlavə, taxıl daşıyan gəmilərin keçidi İstanbulda Birgə Koordinasiya Mərkəzi nümayəndələri tərəfindən peyklər vasitəsilə izlənəcək. 

oxu.az

https://baku.tv/az/dunyaa/58271/