Rusiyada gəmiqayırma zavodunda yanğın baş verib – VİDEO.

105

Rusiyanın Sankt-Peterburq şəhərində “Admiralteyski” gəmiqayırma zavodunda yanğın baş verib. Belə ki, inşa edilməkdə olan “Mexanik Maslak” trauleri (balıqçı gəmisi) alovlara bürünüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Yanğının başvermə səbəbləri araşdırılır.

https://baku.tv/az/dunyaa/58344/