Ukrayna limanlarını tərk etməyə icazə verilmiş gəmilərdən biri Türkiyəyə, digəri İrana gedəcək

170

12 avqust Xəzər Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyindəki gəmi təmiri zavodlarında bir sıra tədbirlər keçirilib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda əməkdaşların iştirakı ilə iməclik təşkil olunub. Dəniz qırağı ərazilərdən toplanmış bərk tullantılar konteynerlərə atılıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun SƏTƏMM əməkdaşları sexlərdə işçilər arasında ekoloji marifləndirmə aparıblar. Maarifləndirmə çərçivəsində Xəzər dənizinin qorunması, tullantıların çeşidlənərək təhvil verilməsi barədə bir sıra məlumatlar verilib.

Qeyd edək ki, 2006-cı ildə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzəryanı ölkələrdə Xəzər Günü kimi qeyd olunur.