Dənizçilər üzgüçülük yarışında qüvvələrini sınayıblar

152

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və struktur idarələrin əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.

Turnir ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə məxsus üzgüçülük hovuzunda baş tutub.

ASCO-nun idman üzrə 2022-ci ilə dair illik planına əsasən təşkil olunan yarışa böyük maraq olub. Həyəcanlı anlarla yadda qalan yarışın iştirakçıları gərgin mübarizə aparıblar.

Üzgüçülük yarışında birinciliyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Aleksandr Kokarev əldə edib. “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçisi Rahim Rzayev ikinci, İstehsalat Xidmətləri İdarəsinin təmsilçisi Orxan Nəcəfov üçüncü sırada qərarlaşıb.

Qaliblərə ASCO adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan bu cür idman tədbirlərinin keçirilməsində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.