La-Manş boğazı ilə Britaniyaya gedən miqrantların sayı açıqlanıb

144

2022-ci ildə 25 mindən çox miqrant qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” hökumətin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, 2021-ci ildə ölkəyə bu yolla 28 min insan daxil olub.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, təkcə avqust ayı ərzində 8000-dən çox qeyri-qanuni miqrant La-Manş boğazını keçib ki, bu da rekord göstəricidir.

Xatırladaq ki, cari ilin aprel ayının əvvəlində Böyük Britaniya və Ruanda arasında miqrasiya ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, Britaniyaya gələn qeyri-qanuni miqrantlar sənədlərin işlənməsi, sığınacaq almaq və köçürülmə üçün Ruandaya deportasiya ediləcək.