Nəqliyyat dəhlizləri

195

Nəqliyyat dəhlizləri

Ümumi baxış I hissə

Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun strateji mövqeyini möhkəmləndirir. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi bölgəmizdə nəqliyyat yollarının formalaşmasına təsir etmiş və tariximizdə izlər buraxmışdır. XIX əsrin ikinci yarısı Azərbaycan nəqliyyatında intibah dövrü olmuşdur.

Nəqliyyat potensialı:

Dəniz nəqliyyatı.

Qeydiyyatda olan gəmilər,kater və.s sayı 367 ədəddir. Hazırda fəaliyyətdə olan liman və təşkilatlar:

• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələtdə)

• Zığ Quru Yük Dəniz Limanı

• Səngəçal Dəniz Limanı

• Bakı Hövsan Beynəlxalq Ticarət dəniz Limanı

• Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Avtomobil nəqliyyatı

Hazırda fəaliyətdə olan yolların ümumi uzunluğu 18 min 893 km-dir. Bundan:

• 935,5 km I-ci dərəcəli

• 1283,3 km II-ci dərəcəli

• 5036.7 km III-ci dərəcəli

• 10458.3 km IV-ci dərəcəli

• 1179.2 km V-ci dərəcəli yollardır.

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur rayonlarında 855,2 km maqistral yol və 36.2 km tunel (onların bəziləri qoşadır) inşa edilir.

Boru kəməri nəqliyyatı

Hazırda Neft Kəmərləri İdarəsi 774 min 919 km uzunluğunda müxtəlif diametrli magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini, 2 neft təhvili sahəsini, 1 neft ölçmə sahəsini, 1 ixrac neft təhvili sahəsini, Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 magistral nasos stansiyalarını, ümumi həcmi 499 min 900 kubmetr olan çən parklarını istismar edir.

Azərbaycanı dünya okeanlarına çıxışı olan limanlarla əlaqələndirən boru kəmərləri:

• Bakı-Tbilisi-Ceyhan neft kəməri

• Bakı-Supsa neft kəməri

• Bakı-Novorosiysk neft kəməri

• Bakı-Tbilisi-Ərzurum qazkKəməri

• Cənub Qaz dəhlizi

Dəmir yol nəqliyyatı

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş və onun inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Hazırda ölkədə baş yolların istismar uzunluğu 2 min 133 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,7 km-i isə bir yolludur. Bu yolların ümumi istismar uzunluğunun 1169,17 km-i və ya 54,8%-i elektrikləşdirilib, 964,9 km-i və ya 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Müstəqillik qazandıqdan sonra Azərbaycan bir çox beynəlxalq dəhlizlərin iştrakçısı olmuşdur

Traceca

• Orta dəhliz Marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şərq Qərb – aşağı dəhliz (Beynəlxalq multimodal marşrut “Asiya-Sakit okean ölkələri ) Marşrut: Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

• Şimal – Cənub Marşrut: Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan

• Cənub – Qərb Marşrut: Hindistan – Fars körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa

Hava Nəqliyyatı

1910-cu ilin 20 oktyabr tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur.

Ağır tonajlı hava gəmilərini qəbul etməyə malik hava limanları:

· Bakı Heydər Əliyev adına hava limanı

· Gəncə hava limanı

· Qəbələ hava limanı

· Zaqatala hava limanı

· Yevlax hava limanı

· Lənkəran hava limanı

· Naxçıvan hava limanı

· Füzuli hava limanı

· Zəngilan hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

· Laçın hava limanı (istifadəyə veriləcək 2024-ci il )

Azərbaycan Hava Yolları (AZAL) 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Həmçinin, qitələr arası hava yükdaşımalarını icra edən 17 hava gəmisi donanmasına və texniki xidməti icra edən şirkətə sahibdir (Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics).

Beləliklə, Azərbaycanın göstərilən istiqamətlər üzrə nəqliyyat potensialı mövcuddur və inkişaf etməkdədir. Bu mövzu üzrə yazılacaq gələcək yazılarda Azərbaycanın iştirakı etdiyi və onun təşəbbüsü ilə həyata keçirilən nəqliyyat dəhlizləri, onların potensialı, qarşılarında dayanan maneələr və mövcud imkanlar nəzərdən keçiriləcəkdir.

Müəllif: Rauf Ağamirzəyev