“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib

94

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib.

Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi  buxar qazanında  və  köməkçi qazanında zəruri işlər yerinə  yetirilib.  Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib, nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

“Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi obraziv qumla təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

asco.az