Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri

99

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Sahil Mühafizəsi Baş İdarəsinin müdiri Durmuş Ünüvarla görüş keçirib.

İkitərəfli görüşdə dəniz naviqasiya avadanlıqları və mayaklar, gəmilərin hərəkətini idarəetmə xidmətinin fəaliyyətinin təşkili, gəmilərdə avtomatik identifikasiya sistemi, gəmilərin uzaq məsafədən tanınması və izlənilməsi, dəniz üzgüçülüyünün təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda gəmilərin hərəkətini idarəetmə sisteminin operatorları üçün təlimlərin keçirilməsi və müvafiq sahə üzrə təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə edilib.