Mahaçqala Dəniz Ticarət Limanı öz gəmiçilik şirkətini yaradıb

86

Mahaçqala Dəniz Ticarət Limanı (MMTP) öz gəmiçilik şirkətini yaradıb və bir ay ərzində İran limanlarına daxil olmaqla xətt təşkil etməyi planlaşdırır. Limanın quru yük donanması üç dəniz nəqliyyatı vahidindən – “Mahaçqala”, “Rıbinsk” və “I Pyotr” gəmilərindən ibarətdir.

 Bu barədə limanın mətbuat xidməti məlumat yayıb.

MMTP-nin baş direktoru vəzifəsini icra edən Rüstəm Kərimovun sözlərinə görə, dəniz nəqliyyatı xidmətləri sahəsində yeni daşıyıcının yaradılması ideyasının həyata keçirilməsinə üç aya yaxın vaxt sərf olunub. “Limanın gəmiçilik şirkəti artıq qeydiyyat üçün bütün lazımi prosedurlardan keçib, lisenziya və icazələr alıb və işə hazırdır. İndi liman təkcə müxtəlif yüklərin aşırılması ilə məşğul olan müəssisə deyil, həm də gəmiçilik şirkətidir”.

Rüstəm Kərimov əlavə edib ki, gəmilər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə toplu, ümumi və quru yüklərin daşınması ilə məşğul olacaq. “Biz İranla ticarət əlaqələrinin inkişafını çox perspektivli istiqamət hesab edirik, Rusiya ilə bu İslam Respublikası arasında ticarət potensialı indiyədək maksimum 10% reallaşdırılıb. Mahaçqala Dəniz Ticarət Limanı bir ay ərzində İran limanlarına iki dəfə yan almaqla xətt yaratmağı planlaşdırır”,- deyə baş direktor əvəzi bildirib.