Losman xidmətləri Rusiya əleyhinə sanksiyalardan çıxarıla bilər

77

Avropa İttifaqı dekabrda qüvvəyə minəcək Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan losman xidmətlərinin çıxarılması imkanını nəzərdən keçirir.

“Seanews.az”ın məlumatına görə,  məhdudiyyətlərin istisnası gəmi sahiblərinə Rusiya nefti və yanacaq tədarükü marşrutunun keçdiyi Danimarka boğazı kimi təhlükəli yerlərdən gəmilərə bələdçilik edəcək losmanları işə götürməyə imkan verəcək. Ölkə səlahiyyətliləri bu məsələ ilə bağlı hələ də danışıqlar aparır.

Sentyabrda “Bloomberg” agentliyi bildirmişdi ki, Danimarka sahillərində – Rusiya neftinin Baltikyanı limanlardan dünya bazarlarına çatdırılması marşrutunun əsas nöqtələrindən biri Avropa İttifaqının qadağası səbəbindən çətin vəziyyətdədir.

Danimarka dəniz idarəsi neft gəmilərinin boğazlardan keçidi zaman göyərtəyə yerli losman götürməsinə tələb kimi baxır. 

Qeyd edək ki, 1857-ci il Kopenhagen Konvensiyası keçid azadlığına zəmanət verir və yalnız losmanın istifadəsini tövsiyə edir. Bu da sığortada problem yaradır. Danimarka tərəfindən təmin edilən losman olmadan sığortanın qiyməti çox yüksək ola bilər.