Azərbaycan və İsrail Xəzərin suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq edəcək

119

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və İsrailin su emalı sahəsində tanınmış “I.D.E. Water Assets Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

“Memorandumla əsasən Azərbaycan və İsrail Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlıq edəcək”, – nazir qeyd edib.