9 aylıq yükdaşıma göstəriciləri açıqlanıb

126

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) 2022-ci ilin 9 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb.

Cari ilin 9 ayı ərzində ASCO tankerləri ilə 2,3 milyon ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 30416 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 26715 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri ötən doqquz ay ərzində 807 min ton yük nəql edib.

asco.az