Rusiya gəmiləri Aİ limanlarına buraxılmayacaq

260

Aİ-nin yeni sanksiyaları 8 aprel 2023-cü il tarixindən sonra Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin Aİ üzvü dövlətlərin limanlarına daxil olmasını qadağan edir.

Bu barədə Estoniya Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qərar onunla əsaslandırılıb ki, oktyabrın 7-də Avropa İttifaqı Şurası Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. Sənədə əsasən Rusiyanın Dəniz Gəmiçiliyi Reyestrində qeyd olunan gəmilər üçün əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Yeni qərara görə, 7 oktyabr 2022-ci il tarixindən əvvəl Rusiya gəmilərinə Aİ  dövləti adından verilən bütün sertifikatlar 8 aprel 2023-cü il tarixinədək ləğv edilməli və dayandırılmalıdır.

Xatırladaq ki, oktyabrın 6-da Avropa İttifaqı Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqına cəhdlə əlaqədar Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib.

Mənbə: Ukrinform