Türkiyədə dünyanın ən nəhəng üzən balıq zavodu tikilib

112

Dünyanın ən nəhəng balıqçı gəmisi, üzən zavod Türkiyədə inşa edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Yalovada adıçəkilən gəminin inşa edildiyi “Tərsan” tərsanəsində olub.

Yeni gəminin gündəlik 450 ton balığı emal etmək imkanında olduğunu xatırladan nazir Mustafa Varank bildirib ki, müasir avadanlıqlar sayəsində dörd saat ərzində istehsal edilən balıq dondurularaq göyərtədən sahilə çatdırılacaq. Gəmi və onun üstündə qurulan avadanlıqların imkanları Türkiyənin son illər texnologiyalar sahəsində qazandığı nailiyyətlərin göstəricisidir.