TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 23 % artıb

122

Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 290,5 min ton, yük dövriyyəsi isə 8 332,8 milyon ton-km olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,65 % və 30 % çoxdur.

8 ay ərzində yüklərin 17 895,6 min tonu və yaxud 53,7 %-i avtomobil nəqliyyatı, 10 975,6 min tonu və yaxud 33 %-i dəmir yolu nəqliyyatı, 4 419,3 min tonu və yaxud 13,3 %-i isə dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 %-ni və yaxud 9 129,8 min tonunu tranzit yüklər təşkil edib.