Bakı Limanı ATƏT Parlament Assambleyası çərçivəsində İpək Yolu Qrupunun dördüncü Beynəlxalq Konfransında təmsil olunur

134

Bakı Limanının Baş direktoru, Taleh Ziyadov 18-19 oktyabr 2022-ci il tarixlərində İstanbulda keçirilən İpək Yolu Qrupunun (İYQ) “Böhran zamanlarında enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında iştirak edir. Bu gün konfransın panel müzakirələrində Taleh Ziyadov “Bakı Limanının Orta Dəhliz boyunca qlobal əlaqələrin gücləndirilməsi və regionun davamlı iqtisadi inkişafında rolu” mövzusunda çıxış edib.

İYQ 27 üzv ölkənin qoşulduğu və üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradan beynəlxalq platformadır. İYQ həmçinin iqtisadi və ticarət əlaqələrini təşviq etmək, o cümlədən ATƏT regionunda multimodal nəqliyyat dəhlizlərini inkişaf etdirmək məqsədi ilə müxtəlif fəaliyyətlər həyata keçirir.