KOBİA rəhbərliyi “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda olub – Fotolar

157

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” (BHBTDL) ASC-ində yük daşımaların həcmi artırılır. Liman Orta Asiya və Xəzəryanı ölkələrin maraq dairəsindədir. Xəzəryanı ölkələrin bütün limanları ilə qarşılıqlı Əməkdaşlıq üçün Müqavilə və Memorandum imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın baş direktoru Rəşad Daşdəmirov Limanda Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndə heyəti ilə görüş keçirib.

Qonaqlara limanın fəaliyyəti haqqında ətraflı məlumat verilib. 

Görüşdən sonra Qonaqlara Limanın ərazisində görülən işlər, infrastruk və texnikaların fəaliyyətdə olduğu vaxtı iş rejimi göstərilib. Agentliyin sədri Hövsan limanında yük dövriyyəsinin həcminin artmasını bildirib və gələcək də əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.