“Hazırda 9-19 yaş arasındakı uşaqlar Xəzər dənizin yelkənlə məşğul olurlar” – Burcu Alqon Giorgianni

324

“Azərbaycan Yelkən Federasiyası çox gənc bir federasiyadır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Alqon Giorgianni deyib.

Onun sözlərinə görə, Azərbaycan Yelkən Federasiyası 6 il bundan əvvəl yaranmasına baxmayaraq yarandığı gündən bir il sonra Avropa Çempionatına qatılmaq haqqı qazandı: “9-19 yaş arasındakı uşaqlar Xəzər dənizin yelkənlə məşğul olurlar. Azərbaycan Yelkən Federasiyası həmçinin hər il təlim kurslarına start verir. Bu gün Yelkən Federasiyasının mükafatlandırma mərasimi baş tutacaq. Eyni zamanda yay tətilinə qatılan idmançıların da mükafatlandırma mərasimi baş tutacaq”.

Arzu Qurbanlı