“Bakı Gəmiqayırma Zavodu” 11 illik fəaliyyətinin yekunlarını açıqlayıb

109

İndiyə qədər “Bakı Gəmiqayırma Zavodu” MMC 10 gəmi tikib.

“Report” xəbər verir ki, bunu zavodun direktoru İmamverdi Həsənov bildirib.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər müəssisədə 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarıdır. Zavodun istehsal gücü 25 min ton metal konstruksiyadır.