“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
ADDA rəhbərliyinin təşəbbüsü ilə “Şuşa ili” çərçivəsində təşkil olunan yarışda 6 komanda iştirak edib. Hər komanda 5 tələbə, 1 müəllimdən (komanda rəhbəri) təşkil olunub.
“Naviqator”, “Energetik”, “Mexaniklər”, “Xarı bülbül”, “Qarabağ” və “Dəniz” adlı komandaların iştirakı ilə baş tutan intellektual oyun olduqca maraqlı və gərgin zəka savaşı şəraitində keçib.
Yarış 4 turdan ibarət olub, hər turda 10 sual verilib. Xüsusi mütəxəssislərin hazırladığı suallar ümumi fənlər, Zəfər tarixi, Şuşa haqqında mövzulara həsr edilib.
Bilik oyununda “Naviqator” komandası rəqiblərini üstələyərək qalib adını qazanıb.