Qətər Avropanı qazsız qoyacağı ilə hədələyib

84

“Aİ ölkələri Rusiya yanacağına tavan qiymət tətbiq etsələr, Qətər Avropaya qaz nəqlini dayandıra bilər”.

Bunu ölkənin energetika naziri Saad Əl-Kaabi deyib.

“Bazarlara müdaxilə rəqabət qaydalarını poza və qaz hasilatına investisiya qoyuluşunu təhlükə altına qoya bilər. Sərbəst bazar həmişə ən yaxşı həll yoludur”, – deyə o bildirib.

Nazir rəqabət aparan idxalçıların cəmi bir sent daha çox təklif etməklə Avropa ölkələri üçün nəzərdə tutulan yükləri cəlb edə biləcəklərini söyləyib.

Qeyd olunur ki, Qətər Avropadan maye qaz tədarükünü yönləndirməkdən çəkinməyə razılaşsa da, müqaviləyə əsasən, bu, qadağan edilmir.

“Qətər buna sadiqdir, lakin heç bir şey qalıcı deyil və bizim əlimizdə olan resurslarla istədiyimizi etmək hüququmuz var… Bu, müəyyən müddət üçün verdiyimiz söz idi”, – deyə əl-Kааbi bildirib.

Eyni zamanda Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, Qətər yaxın vaxtlarda mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün yeni müqavilələr bağlamağı gözləyir.

“Biz bir çox alıcı ilə çatdırılmaları müzakirə edirik. Düşünürəm ki, yaxın vaxtlarda bəzi müqavilələr imzalayacağıq”.

Nazir onu da əlavə edib ki, Aİ ölkələri ilə yeni müqavilələrin bağlanma müddətində problem görmür, lakin o əmindir ki, çeviklik saziş üçün vacib şərtdir.

Mənbə: Bloomberg TV