ABŞ şirkəti Transxəzər birləşdirici qaz kəmərinin layihəsini təqdim edib

112

“Mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik Transxəzər birləşdirici qaz kəmərini inkişaf etdirməliyik”.

Bu barədə Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı – 2022” beynəlxalq konfransında Xəzər dənizinin Türkmənistan sektorunda investisiya imkanlarına həsr olunmuş sessiyada ABŞ-ın “Trans Caspian Resources, Inc” şirkətinin Məsləhət Komitəsinin direktoru Natali Kostello danışıb.

Oxu.az saytı Kocrelloya istinadən bildirir ki, bu ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək.

“Amerikalı ixtiraçı Tomas Edison bir dəfə demişdi: “İdeyanın dəyəri onun istifadəsindədir”. Transxəzər qaz kəməri ideyası son iki onillikdə ayrı-ayrı şirkətlər tərəfindən irəli sürülüb, bu ideyadan istifadə edib onu həyata keçirməyin vaxtı çatıb”, – deyə Natali Kostello bildirib.

Caspian Barrel “Trans Caspian Resources, Inc” şirkətinin saytına isitinadən xəbər verir ki, Natali Kostello BP plc-də 25 illik karyerası ərzində London, Hyuston və Çikaqoda Maliyyə, Xəzinədarlıq, Vergi və Daşımalar sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Həmçinin əvvəllər BP-nin qlobal gəmiçilik biznesində Kommersiya Əməliyyatları üzrə vitse-prezident olub.

Source:http://caspianbarrel.org/