Dardanel boğazından gəmilərin keçidi dumana görə dayandırılıb

115

Dardanel boğazından gəmilərin keçidi dumana görə müvəqqəti dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Egeyi Mərmərə dənizi ilə, Bosfor boğazından keçməklə Qara dənizlə birləşdirən Dardanel boğazına Nəzarət Departamenti məlumat yayıb.

“Dardanel boğazından hər iki istiqamətə keçid dayandırılıb. Şimal və cənubdan boğaza doğru hərəkət edən bütün gəmilərə bu barədə xəbərdarlıq edilib. Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq”, – məlumatda deyilir.

Xatırladaq ki, Dardanel boğazından gündə orta hesabla 100-dən çox gəmi keçir.