76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir

104

Bu ərəfədə 90 min 428 ton taxıl və digər ərzaq məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib, daha 76 gəmi isə limanlara daxil olmaq üçün icazə gözləyir.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Odessanın regional hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, hazırda 76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir, yüklənən 33 gəmi isə təyinat nöqtəsinə getmək üçün Türkiyənin ərazi sularında baxışdan keçməyə hazırlaşır.

Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına əsasən, “taxıl dəhlizi” əməliyyatının davam etdiyi müddət ərzində ölkədən 12 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.