Xəzər suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq

136

Xəzər dənizinin Dağıstan sahillərində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Nazirlər Kabinetinin teleqramında dərc olunan məlumatda deyilir.

Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar.

Qərargahla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır.