Əməkdar mühəndis: “Müasir tələblərə cavab vərən tankerin inşası asan iş deyil”

135

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün 7 dekabr 2022-ci il əlamətdar günlərdən biri kimi tarixdə qalacaq. Çünki, bu tarixdə ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan dörd tankerdən üçüncüsü və neft sənayesinin canlı əfsanəsi akademik Xoşbəxt Yusifzadənin adını daşıyan tanker istismara verildi.  Neft və kimya məhsullarının daşınması üçün nəzərdə tutulan bu gəminin istismara verilməsi mərasimində möhtərəm prezidentimiz İlham Əliyevin iştirakı dənizçilər üçün ikiqat bayrama çevrildi.

Bu əlamətdar hadisəyə bütün dənizçilər, göz oxşayan tankeri ərsəyə gətirənlərlə yanaşı, yəqin ona qoynunda yer verən Xəzər də sevinirdi.

Uzun illər dalğalar qoynunda üzdüyüm üçün kifayət qədər dənizçilik təcrübəm var. Deyə bilərəm ki, müasir tələblərə cavab vərən tankerin inşası asan iş deyil. Bu, dərin bilik və gərgin əmək tələb edir.

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin Bakı Gəmiqayırma Zavodunda ərsəyə gəlməsinin özü də çox sevindirici hadisədir. Zavodda inşa olunan hər belə gəmi ölkəmizin iqtisadi gücünə güc qatacaq, gəmiçiliyin inkişafına yeni təkan verəcək.

Əziz dənizçilər və ASCO ailəsi, sizin hər birinizi “Akademik Xoşbəxt Yusifzadə” gəmisinin istismara verilməsi münasibətilə ürəkdən təbrik edir, müstəqil respublikamızın iqtisadi tərəqqisi, doğma gəmiçiliyimizin inkişafı naminə çətin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər, yenicə təhvil verilmiş tankerə isə sular qoynunda saysız uğurlu səfərlər arzulayıram.

Şahid Orucov

Azərbaycanın Əməkdar mühəndisi