ASCO-ya işə qəbul olmaq istəyənlər üçün imtahan keçirilib

156

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) cari ilin 16 noyabr-30 noyabr tarixi aralığında elan etdiyi “matros” və “motorçu” vakansiyalarına müraciət edən namizədlər üçün imtahanın ilk mərhələsi keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutan imtahanlara ümumilikdə 22 matros və 27 motorçu namizəd dəvət olunub. Bu mərhələdə onların nəzəri bilikləri test üsulu ilə yoxlanılıb.

İmtahandan uğurlu nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdən keçən “matros” və “motorçu” lar sıravi heyət üzrə gələcəkdə yaranacaq vakant yerlərin işçi ilə dərhal təmin edilməsi məqsədilə ASCO-nun Ehtiyat Kadr Bazasına daxil ediləcəklər.

asco.az