“Fatih”, “Yavuz” və “Kanuni” Qara dənizdə, “Abdülhamid Han” isə Aralıq dənizində əməliyyatlara cəlb olunub

121

Türkiyənin 4 yerli qazma gəmisi eyni vaxtda dəniz əməliyyatlarına cəlb olunub.

Bu barədə  Türkiyənin Neft Şirkəti TPAO-nun “Twitter” hesabında məlumat paylaşılıb. 

Məlumatda qeyd olunub ki, “Fatih”, “Yavuz” və “Kanuni” qazma gəmiləri Qara dənizdə, “Abdülhamid Han” isə Aralıq dənizində növbətçidir.

“Fatih” gəmisi “Türkali-11” quyusunda qazma əməliyyatına başlayıb. “Yavuz” “Türkali-12” quyusunda qaz axını sınaqlarını davam etdirir. “Kanuni” “Türkali-10” yarım tamamlama əməliyyatı aparır. Aralıq dənizindəki “Abdülhamid Han” qazma gəmisi isə “Taşucu-1” quyusunda işləri həyata keçirir.”