Yaponiya və ABŞ şirkətləri LNG tədarükünə dair müqavilə imzalayıb

121

Yaponiyanın “Inpex” şirkəti ilə ABŞ-ın “Venture Global” şirkəti arasında mayeləşdirilmiş qaz (LNG) tədarükünə dair 20 illik müqavilə imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Inpex” şirkəti məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə tikintisinə başlanılması planlaşdırılan “CP2” LNG zavodundan Yaponiyaya ildə 1 milyon ton mayeləşdirilmiş təbii qaz tədarükü gözlənilir.

Hazırda “Inpex” xarici ölkələrdən ildə təxminən 7 milyon ton LNG alır. Yaponiya şirkəti 2030-cu ilə qədər bu həcmi 10 milyona çatdırmağı planlaşdırır.