Bosfor boğazında gəmilərin hərəkəti bir istiqamət üzrə bərpa edilib

127

Bosfor boğazında İstanbuldan keçməklə gəmilərin cənubdan şimal istiqamətinə hərəkəti bərpa edilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizlik Baş İdarəsinin məlumatında deyilir.

Daha əvvəl boğazda gəmilərin hərəkəti qatı duman səbəbindən dayandırılmışdı.