Gürgən qəsəbəsində yerləşən Abşeronun ən qədim mayakından FOTOREPORTAJ

87

Abşeron mayakı Bakının Pirallahı rayonunda, Gürgən qəsəbəsində, Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində yerləşir.

1859-cu ildə inşa edilən tikili Abşeronun ən qədim mayakı hesab edilir. Abidə “Zirə mayakı” kimi də tanınır.

Mayak 1860-cı ildə istifadəyə verilib. Bu tikili Abşeron yarımadası və Pirallahı adası arasındakı boğaza gəmilərin təhlükəsiz girişini təmin edib. 25 metr hündürlüyündə və beş mərtəbəyə malik olan tikili, həmçinin Abşeronun ən iri mayakı hesab edilir.

Əvvəllər mayak kerosin lampası ilə ətrafı işıqlandırırdı və işıq qısa məsafəyə yayılırdı. 1912-ci ildə kerosin lampası kerosin-kürə qurğusu ilə, 1956-cı ildə isə yüksək güclü elektrik lampası ilə əvəz edilib.

Qeyd edək ki, mayak hazırda baxımsız və yararsız haldadır.

PhotoStock.az-ın Gürgən qəsəbəsində yerləşən qədim mayakdan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

OXU.AZ