Özbəkistandan Azərbaycana Türkmənbaşı limanından keçməklə yük daşınıb

143

Özbəkistandan Azərbaycana Türkmənbaşı Beynəlxalq Dəniz Limanından keçməklə 100-dən çox konteyner daşınıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, “Balkan” konteyner gəmisi ilə daşınan 40 futluq konteynerlərdə “Azərmaş” MMC üçün gətirilən avtomobillərin ehtiyat hissələri olub. Məhsulu Özbəkistana məxsus “Uzavto Motors” ASC istehsal edib, daşınmanı isə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC həyata keçirib.