“Şuşa ili”nə həsr olunmuş “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çapdan çıxıb.
Beynəlxalq elmi-texniki konfransa ümumilikdə 105 məruzə daxil olub. Onların sırasında Türkiyə, Çexiya, Ukrayna və Rusiyadan da elmi məqalələr var. ADDA müəllimləri 29, respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin əməkdaşları isə 71 məqalə təqdim ediblər.
Konfransa təqdim edilən materiallar araşdırmalardan sonra Akademiyanın “Məruzə materialları” toplusuna tövsiyə olunub.
adda.edu.az