Gəmi 1,9 min metr dərinlikdə gündə 220 min barel neft hasil etmək üçün nəzərdə tutulub

306

“Keppel Offshore & Marine” (“Keppel O&M”) 2023-cü ilin birinci rübündə neft hasilatı, saxlanması və boşaldılması (FPSO) gəmisini təhvil verməyə hazırdır.

“Seanews.az”-ın məlumatına görə, gəmi “SBM Offshore” şirkətinə təhvil veriləcək və daha sonra “ExxonMobil”, “CNOOC” və “Hess” konsorsiumu tərəfindən Atlantik okeanında Hayana şelfində istismar üçün icarəyə veriləcək.

Gəminin tikintisi zamanı “Keppel O&M” bir neçə üst modul, qaldırıcı, yanalma və birləşdirici konstruksiyalar hazırlayıb və bütün FPSO strukturlarının və üst modulların quraşdırılmasını başa çatdırıb.

Gəmi təxminən 1,9 min metr dərinlikdə sutkada 220 min barel neft hasil etmək üçün nəzərdə tutulub. FPSO-nun anbarı 2 milyon barel neft tutur.

Qeyd edək ki, bu, dörd gəmi seriyasından üçüncü FPSO-dur.