Ukrayna limanında göyərtəsində 860 ton buğda olan barja batıb

423

Ukraynanın Reni limanında (Odessa vilayəti) göyərtəsində 860 ton buğda olan Rumıniyaya məxsus barja batıb.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın “ProTV” telekanalı məlumat yayıb.

Gəmi sahibinin sözlərinə görə, yükləmə zamanı maşın otağına su dolmağa başlayıb. Beş rumıniyalı dənizçi xilas olub. Hadisənin səbəbləri hələlik məlum deyil.

Barja baş ofisi Konstansada yerləşən Rumıniya şirkətinə məxsusdur.