Elektromexanik
Struktur vahidinin adı
Dəniz xidmətləri departamenti
Struktur bölmənin adı
İş rejimi
Gündəlik
Vakansiyaya müraciət üçün son tarix
13-02-2023
İş yerinin ünvanı
Ələt
Şərtlər
Elektromexanik vəzifəsinin profilinə aşağıdakılar daxildir:
– Gəmi energetik qurğularının istismarı mühəndisliyi, gəmi elektrik mühəndisliyi üzrə ali təhsil;
– Dəniz nəqliyyatı sahəsində müvafiq diplom və sertifiktlar;
– Sahə üzrə 5 il iş təcrübəsi.
BİLMƏLİDİR:
– Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları, gəmilərdəki maşın qurğularını və başqa avadanlıqların istismar güclərini, texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri;
– Bütün gəmi və elektrik qurğularının, gəmi elektrik stansiyalarının, elektrik şəbəkələrinin, bölüşdürücü qurğuların, bütün elektrik ötürücü mexanizm və qurğularlarının elektrik hissələrinin, avtomatlaşdırma və nəzarət vasitələrinin, telefon rabitəsinin, siqnal sisteminin, habelə elektroradionaviqasiya qurğuları təchizat mənbələrinin və elektromexaniki vəsaitlərin quruluş və iş prinsipini, dəniz donanması gəmilərində xidmət Nizamnaməsini;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.
DAVRANIŞ BACARIQLARI:
– Nizam-intizam;
– Məsuliyyət;
– İşi təqib etmə;
– Detallara diqqət.
Öhdəliklər
– Dəniz donanmasının texniki istismarı haqqında Əsasnamənin, Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarının təlimatların yerinə yetirilməsini təmin edir;
– Gəmi elektrik qurğularının, gəmi elektrik stansiyalarının, elektrik şəbəkələrinin, bölüşdürücü qurğuların, bütün elektrik ötürücü mexanizm və qurğularlarının elektrik hissələrinin, avtomatlaşdırma və nəzarət vasitələrinin, telefon rabitəsinin, siqnal sisteminin, habelə elektroradionaviqasiya qurğuları təchizat mənbələrinin və elektromexaniki vəsaitlərin etibarlı işləməsi, düzgün texniki istismarı və texniki vəziyyətinə nəzarət edir;
– Elektrik hissəsi üzrə dəyişik-ehtiyat hissələrinə sifarişlərin tərtib olunması, qəbulu və uçotunu təmin edir;
– Elektrik hissəsi üzrə təmir cədvəllərinin tərtib olunmasının təmin edir, sahil və gəmi mütxəssisləri tərəfindən yerinə yetirilən gəmi elektrik avadanlığının təmirinin keyfiyyətinə nəzarət edir;
– Qayda və təlimatlara uyğun olaraq gəmi elektrik avadanlığı üzrə texniki sənədlərin aparılmasını təmin edir;
– Müvafiq qaydalara və təlimatlara uyğun olaraq gəmi elektrik avadanlıqları, mexanizm və qurğuları üzrə müəyyən olunan texniki sənədləşdirmələrin və hesabatların aparılmasını təmin edir.
Vakansiyalar ilə maraqlanan namizədlər CV-lərini 13-02-2023-ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda təqdim edilən vəzəfənin vəzifənin adını qeyd edərək ğöndərə bilərlər.
http://cvportal.portofbaku.az/index.php?r=vacancies/view&id=48http://cvportal.portofbaku.az/index.php?r=vacancies/view&id=48
Source:http://cvportal.portofbaku.az/index.php?r=candidates/register