2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə FED.az-a bp-Azərbaycandan bildirilib.
Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Xatırladaq ki, 2021-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər idi. Beləliklə, bp-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 111 nəər artıb.