Qazaxıstan hakimiyyəti 2026-cı ilə qədər qonşu ölkələrlə 5 sərhəd ticarət mərkəzi tikmək niyyətindədir.
Bu barədə “APA-Economics” Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən xəbər verir.
“Qırğızıstanla sərhəddə yerləşən Jambıl vilayətində Sənaye Ticarət və Logistika Kompleksi yaradılacaq. Özbəkistanla sərhəddə Türküstan bölgəsində “Mərkəzi Asiya” Beynəlxalq Sənaye Əməkdaşlıq Mərkəzi yaradılacaq. Qərbi Qazaxıstan vilayətində, Rusiya ilə sərhəddə “Avrasiya” transsərhəd ticarət mərkəzinin tikintisi planlaşdırılır. Manqistau vilayətində “Xəzər Düyünü” konteyner qovşağı, Çinlə sərhəddə isə “Xorqos Düyünü” sərhəd kompleksi tikiləcək”, – məlumatda bildirilir.
Məlumata görə, ticarət və logistika qovşaqlarının fəaliyyəti anbar, saxlama, emal, yeni malların istehsalı və beynəlxalq əmtəə bölgüsü sistemlərinə inteqrasiya olunmaqla sonrakı satış sahəsində sənaye əməkdaşlığının təmin edilməsinə yönəldiləcək.
“Bunda başqa burada, qısamüddətli saxlama, logistika, ticarət yerlərinin icarəsi, satışqabağı hazırlıq, malların topdansatış lotlar üzrə konsolidasiyası və yenidən bölüşdürülməsi, yükləmə-boşaltma, transkontinental yükdaşımaların inkişaf etdirilməsi xidmətləri göstəriləcək. Güman edilir ki, transsərhəd qovşaqlar Qazaxıstanın regiondakı müəssisələrin ixrac potensialını əhatə edəcək”, – məlumatda qeyd olunur.