İstanbulda qorxulu görüntü: Dəniz metrlərlə çəkilib – FOTO

343

Türkiyənin İstanbul şəhərində Avcılar çimərliyi istiqamətində dəniz təqribən 15 metr geri çəkilib.

Sakinlər indiyə kimi belə şey görmədiklərini deyiblər.

Belə ki, 20 ildir Avcılarda yaşadığını bildirən Həsən Fənər ilk dəfədir ki, sahildən dalğaqıranın o biri tərəfinə piyada gedə bildiyini deyib. Onun sözlərinə görə, keçən həftəyə qədər bu mümkün deyildi.

Mənbə: Haber Global