“Taxıl sazişi” qüvvəyə mindiyi gündən Ukrayna limanlarından 21 milyon 43 min 307 ton kənd təsərrüfatı məhsulları ixrac edilib.
Bu barədə “Report” BMT-nin məlumatlarına istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatı qeyd edib ki, Ukrayna limanlarından göndərilən məhsullar arasında qarğıdalı 47%, buğda 29%, günəbaxan yağı və unun hər biri 5%, digər yüklər isə 14% təşkil edib.
Mallar Çin (4,2 milyon ton), İspaniya (3,8 milyon), Türkiyə (2,4 milyon), Niderland (1,2 milyon) və Misirə (724,7 min ton) ixrac edilib.