Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan
“DƏNİZ NƏQLİYYATININ İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda
tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı
6-7 aprel 2023-cü il, Bakı, ADDA
Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:
- Gəmiqayırma və gəmi təmiri
- Dəniz naviqasiyası
- Gəmi energetik qurğuları
- Gəmilərin elektrik avadanlıqları və avtomatikası
- Mexanika
- Riyaziyyat və informatika
- Su nəqliyyatının humanitar və dilçilik məsələləri
İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 18-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.
Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif olunacaqlar.
TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:
Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA.
E-mail: [email protected]
Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Otaq: 423
adda.edu.az