Çin tərsanəsində Kanada şirkəti üçün üç LNG gəmisi tikiləcək

259

Çinin “Nantong CIMC Sinopacific Offshore&Engineering” (“CIMC SOE”) gəmiqayırma zavodunda ilk 7,6 min kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) təchizat gəmisinin bünövrəsi qoyulub.

“Seanews.az”-ın məlumatına görə, gəmi Kanadanın “Seaspan ULC” şirkəti tərəfindən sifariş edilib.

“CIMC SOE”  2022-ci ildə 7,6 min kubmetr tutumu olan iki LNG bunkerinin tikintisi üçün müqavilə bağlayıb. Müqavilə əlavə üçüncü oxşar gəminin tikintisi variantını nəzərdə tutur.

Gəmi Kanada bayrağı altında qeydiyyatdan keçəcək və Fransız Təsnifat Cəmiyyəti “BV” tərəfindən təsnif ediləcək.

Uzunluğu  112,8 metr, eni 18,6 metr, suya oturumu 5 metr, sürəti 13 düyün olan gəminin layihəsi “Vard Marine” Bürosu tərəfindən hazırlanıb.

Almaniyanın “TGE Marine Gas Engineering” şirkəti üç gəmi üçün yükün işlənməsi avadanlığı və yanacaq qazı sistemlərini tədarük edəcək.

İki gəminin 2024-cü ildə istismara verilməsi planlaşdırılır, üçüncü gəmi isə 2025-ci ildə təhvil veriləcək. Gəmilər “yan-yana” yanacaq verilməsi  əməliyyatları həyata keçirəcək  və daxili sularda yük daşımalarla məşğul olacaqlar.

“Seaspan ULC” Şimali Amerikanın Qərb sahilində kabotaj daşımaları, yanacaq təchizatı, gəmi təmiri və gəmiqayırma sahəsində ixtisaslaşmış Kanada şirkətləri qrupudur.