Xəzər dənizində zəlzələ olub

266

Xəzər dənizində zəlzələ olub.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 15:42-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Təkanların maqnitudası 3,1, dərinliyi isə 60 km olub.