Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklər 30% artıb

367

2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420.6 min ton, yük dövriyyəsi isə 12 milyard 648.9 milyon ton-km olub.

Bu barədə Dövlət Statistika Komitəsindən Banker.az-a bildirilir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29.8 faiz və 31.9 faiz artım müşahidə olunub.

Yüklərin 27 milyon 966.8 min tonu və ya 54.4 faizi avtomobil nəqliyyatı, 16 milyon 841.2 min tonu və ya 32.7 faizi dəmir yolu nəqliyyatı, 6 milyon 612.6 min tonu və ya 12.9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 26.5 faizini və ya 13 milyon 634.6 min tonunu tranzit yüklər təşkil etmişdir.