“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təşkil etdiyi tədbirdə İdarənin əməkdaşları Araz Yusifli və Azər Səfərovla yanaşı, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov, ZGTTZ-nin baş mühəndisi-direktor müvini Hüseynqulu Heydərov iştirak ediblər.
Görüşdə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Xidmət rəisinin müavini Araz Yusifli terror terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılmasına dair ətraflı məlumat verib.
O, terrorçuluqla mübarizədə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də danışıb. Bildirib ki, bu məsələdə vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Bundan başqa, hər bir idarə və təşkilatın rəhbəri terrorçuluğa qarşı mübarizədə düzgün və sistemli maarifləndirmə işləri aparmalıdır.
Sonda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tədbir iştirakçılarının suallarını cavablandırıblar.



seanews.az