Konteyner daşıyıcıları nüvə enerjisi ilə işləyən gəmilər yaratmaq istəyirlər

280

Cənubi Koreyanın böyük konteyner daşıyıcıları – “HMM”, “Sinokor” və “H-Line Shipping” şirkətləri nüvə enerjisi ilə işləyən gəmilərin yaradılması imkanlarını nəzərdən keçiriblər.

“Splash”-in məlumatına görə, fevralın 9-da bu şirkətlər Koreya Gəmiçilik Registri, Nüvə Tədqiqatları İnstitutu və Koreya Atom Enerjisi Tədqiqat İnstitutu ilə birlikdə “Nüvə qurğuları ilə gəmilərin inkişafı, habelə eksperimental və sonrakı kommersiya istismarı üçün əsasların birgə yaradılması haqqında” saziş imzalayıblar.

Koreya tərsanələri də nüvə enerjisi ilə işləyən gəmilər üçün layihələr hazırlayır. “Samsung Heavy Industries” (“SHI”) 2021-ci ilin yayında üzən atom elektrik stansiyaları və nüvə gəmiləri bazarına daxil olmaq planlarını açıqlamışdı.

Qeyd edək ki, 1954-cü ildən bəri bütün dünyada 700-dən çox nüvə reaktoru istehsal edilib.

seanews.az