İranın Xəzər dənizindəki Astara limanı gəmiləri qəbul etməyə hazırdır

254

İranın Xəzər dənizindəki Astara limanı görülən dibdərinləşdirmə işlərindən sonra gəmiləri qəbul etməyə hazırdır.

“İran.ru” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran İslam Respublikası Gilan vilayətinin Limanlar və Gəmiçilik Departamentinin baş direktoru Hüseyn Yunesi bildirib.

Şəxsi biznesə verilən Astara limanının dibdərinləşdirmə layihəsi başa çatıb və limanda ildə 700 min ton yük aşırmaq mümkün olacaq.