Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış ADDA məzunu Rzayev Mirsəfa Mircəlal oğlunun doğum günü fevralın 19-da öncə yaşadığı evdə, daha sonra isə məzarı önündə qeyd olunub.
Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları və tələbələri, şəhidin ailə üzvləri, qazilər, veteranlar, iş yoldaşları və yaxınları qəhrəmanın məzarını ziyarət edərək gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Xatirə günündə şəhidimizin akademiyadakı tələbəlik illərindən, döyüş yolundan, vətənpərvərliyindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışılıb.
Şəhidimiz 2020-ci il oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
adda.edu.az