Türkiyə sanksiya tətbiq edilən malların – Rusiyaya Tranzitini Dayandırıb

291

Türkiyənin gömrük sistemi paralel idxal sxemləri ilə Rusiyaya daxil olan malların tranzitini əngəlləməyə başlayıb. Mütəxəssislər Türkiyə tərəfinin qərarını ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə son səfəri ilə əlaqələndirirlər.

FED.az Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Forbes məlumat yayıb.

Bloomberg mənbələri bildiriblər ki, ABŞ rəsmiləri Rusiyanın Ukraynada müharibəni genişləndirmək üçün müdafiə sənayesi tərəfindən istifadə oluna  biləcək on milyonlarla dollar dəyərində sanksiya malları aldığını açıqlayıb, o cümlədən Türkiyəyə Rusiya ilə ticarət əlaqələrini məhdudlaşdırmağı tövsiyə edib.